Dərc edildi: Baxış sayı: 261
TƏBİB: Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir
1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.
Ens.az-ın məlumatına əsasən,bu barədə APA-nın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.
Qeyd edilib ki, Həmid Herisçinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət