Slimfit
  1. CƏMİYYƏT

TƏBİB-ə tabe tibb müəssisələrinin siyahısında dəyişiklik edildi

TƏBİB-ə tabe tibb müəssisələrinin siyahısında dəyişiklik edildi
Sakura

TƏBİB-ə tabe tibb müəssisələrinin siyahısında dəyişiklik edildi

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 895 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 757) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 1-ci hissəsində “Bölmələrinin” sözü “Bölmələrini” sözü ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı” üzrə: 2.1. adında “Bölmələrinin” sözü “Bölmələrini” sözü ilə əvəz edilsin; 2.2. 1.1-ci bənddə “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu” sözləri “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” sözləri ilə əvəz edilsin.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR