Slimfit
  1. CƏMİYYƏT

TƏBİB: Cənazələrin tabutla dəfn edilməsi icazəlidir

TƏBİB: Cənazələrin tabutla dəfn edilməsi icazəlidir
Sakura

TƏBİB: Cənazələrin tabutla dəfn edilməsi icazəlidir

"Yoluxucu xəstəlik riskinin olduğu hallarda cənazə namazının mümkün qədər az adamla qılınması məqsədəuyğundur"

Digər cənazə prosedurları Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mövzu ilə əlaqədar əlavədə yerləşdirilmiş fikirləri çərçivəsində həyata keçirilir. Ən vacib dini vəzifələrin sırasında ən öndə cənazələrin yuyulması, kəfənlənməsi və namazlarını qılması durur. 

AYNA xəbər verir ki, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

Qeyd olunub ki, yuyulub kəfənləndikdən sonra cənazə namazının qılınması kifayətdir: "Bu vəzifə bəzi müsəlmanlar tərəfindən yerinə yetirildiyi təqdirdə digər müsəlmanlar məsuliyyətdən azad olurlar. Cənazə namazının qılınması üçün müəyyən bir vaxt yoxdur. Hazırlanan cənazənin gözlədilmədən namazının qılınıb dəfn edilməsi əsasdır. Yoluxucu xəstəlik riskinin olduğu hallarda cənazə namazının mümkün qədər az adamla qılınması məqsədəuyğundur. 

Bundan əlavə, xəstəliyin yayılmaması üçün cənazə namazında iştirak edən şəxslər arasında kifayət qədər məsafə saxlanılmalıdır. Hər cənazə namazını ayrıca qılmaq məsləhət görülsə də, hamı üçün bir namazın qılınması kifayətdir. Xəstəliyin yayılma riskinə qarşı mütəxəssislərin tövsiyələrinə uyğun olaraq lazımi qoruyucu tədbirlər görüldükdən sonra cənazənin qaydası üzrə yuyulması, kəfənlənməsi və dəfn edilməsi vacibdir. Ehtiyac üzrə cənazələrin tabutla dəfn edilməsi də icazəlidir. 

Bundan əlavə, cənazə ilə əlaqəli daha xüsusi halların yarandığı təqdirdə səlahiyyətli dini qurumlarla məsləhətləşmək lazımdır". 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR