TƏBİB: “Biz hazırıq” demək çətin məsələdir”
Heç bir ölkə pandemiya şəraitinə hazırlıqlı ola bilmir.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki,bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində deyib.
O bildirib ki, ölkədə infeksionistlər, eləcə də, digər ixtisas həkimlərimiz koronaviruslu xəstələrin müalicəsinə cəlb edilib:
“Biz hazırıq” demək çətin məsələdir. Lakin biz payız mövsümünə hazırlıq işləri aparırıq. Öz həkimlərimizin bir hissəsinə dincəlmək üçün şərait yaradılıb.
Eyni zamanda, xarici ölkələrdən gələn həkimlərimiz də bu sahədə öz təcrübələrini bizimlə bölüşürlər. Xəstəxanalardakı vəziyyətə gəldikdə, onlar bütün zəruri avadanlıqlar və dərman preparatları ilə təmin olunublar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət