Slimfit
  1. CƏMİYYƏT

TƏBİB alış-veriş edənlərə müraciət etdi

TƏBİB alış-veriş edənlərə müraciət etdi
Sakura

TƏBİB alış-veriş edənlərə müraciət etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla əlaqəli həftəsonu qadağaları əsas gətirərək alış-veriş edənlərə bir daha müraciət edib. 

Ens.az "Report"-a istinadən xəbər verir ki, müraciətdə alış-veriş zamanı insanların özlərini qorumaq tövsiyə olunub:

Qeyd olunub kİ, mümkün olduqca onlayn alış-verişə üstünlük verilməli, alış-verişə ailədən bir nəfər göndərməli, pik saatlarda mağazaya getməkdən çəkinməli və yaşayış yerinə yaxın mağazaya getmək lazımdır. 

Eyni zamanda xəstə olan şəxsin mağazaya getməməsi, mağaza daxilində asqırarkən və ya öskürərkən ağız və burnu salfetlə örtmək və ya dirsək bükümündən istifadə etmək bildirilib. Maska taxmaq və heç bir halda çıxarmamaq, əllə üzə toxunmamaq, digərləri ilə fiziki məsafə saxlamaq, ödəniş edilən kartı dezinfektantla təmizləmək, ödənişdən sonra spirt tərkibli dezinfektantla əlləri təmizləmək və evə qayıtdıqda əlləri mütləq su və sabunla yumaq məsləhət görülüb. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR