Dərc edildi: Baxış sayı: 422
TƏBİB: 100 nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir
Bu gün Azərbaycanda 262 yeni yoluxma faktı aşkar olunub.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, iki nəfər vəfat edib: "Ümumi 6522 ümumi yoluxma faktı olub. Aktiv xəstə sayı 2 707 nəfərdir. 100 nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onlardan 21-i süni tənəffüs aparatına qoşulub".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət