Slimfit
  1. İQTİSADİYYAT

Tbilisidə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək layihəsinə yekun vurulub

Tbilisidə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək layihəsinə yekun vurulub
Sakura

Tbilisidə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək layihəsinə yekun vurulub

Tbilisidə “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” adlı üçillik layihənin yekunlarına həsr olunmuş konfrans keçirilib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, tədbirdə Gürcüstanın maliyyə naziri İvane Maçavariani, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Mixeil Dundua, Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədr müavinləri Cavad Qasımov və İqbal Babayev,Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT İnkişaf Proqramının Gürcüstandakı rəhbəri Niels Skott və digər rəsmi şəxslər iştirak ediblər.

Konfransda çıxış edən İ. Maçavariani layihənin icrası müddətində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib. O, layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Aİ, BMT-nin İnkişaf Proqramına və Azərbaycandan olan tərəfdaşlara minnətdarlığını bildirib.

İ. Maçavariani qeyd edib ki, layihə çərçivəsində görülmüş işlər Gürcüstan və Azərbaycan arasında ticari əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Daha sonra çıxış edən DGK-nin sədr müavini Cavad Qasımov layihənin əhəmiyyətindən və görülmüş işlər barədə danışıb: “Həyata keçirilmiş işlər iki ölkə arasında sərhəddən keçidin sürətləndirilməsi və prosedurların vaxtının azaldılmasına şərait yaradacaq”.

C. Qasımov qeyd edib ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin Azərbaycan tərəfində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi kimi mərkəzlərin digər sərhəd-keçid məntəqələrində də tikiləcək. O, layihə çərçivəsində 300-ə yaxın gömrük və sanitar xidməti əməkdaşlarının təlimdə iştirak etdiklərini də diqqətə çatdırıb.

Konfransda Aİ və BMT-nin İnkişaf Proqramının nümayəndələri də çıxış edərək, Azərbaycan və Gürcüstanın gömrük xidmətinin fəaliyyətinin, xüsusilə sərhədlərdə sanitar, fitosanitar və baytarlıq nəzarətinin Aİ-nin standartlarına uyğunlaşdırılması istiqamətində mühüm töhfə verdiyi qeyd edərək, layihənin uğurla icrasına görə layihə əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Aİ-nin maliyyə dəstəyi və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilmiş layihənin məqsədi Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək olub. Layihənin ümumi dəyəri 2,6 mln avro təşkil edib. Məbləğin 2,128,000 avrosu Aİ, yerdə qalan hissəsi isə Azərbaycan və Gürcüstan tərəfindən ayrılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR