Slimfit
  1. DÜNYA

Tbilisidə qardaş şəhərlərə həsr olunmuş bağ açılıb

Tbilisidə qardaş şəhərlərə həsr olunmuş bağ açılıb
Sakura

Tbilisidə qardaş şəhərlərə həsr olunmuş bağ açılıb

 Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Ortaçala rayonunda qardaş şəhərlərə həsr olunmuş yeni bağ açılıb.

Report”un Gürcüstan bürosu xəbər verir ki, Krtsanisi küçəsində yerləşən bağda Tbilisinin qardaşlaşdığı şəhərlərin adları və paytaxtdan həmin şəhərlərə qədər olan məsafənin əks olunduğu göstəricilər quraşdırılıb.

Bağın açılış mərasimində Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze, Şuranın Ad və simvolika üzrə Komissiyasının sədri Tinatin Nibloşvili, diplomatik korpusun nümayəndələri və digər şəxslər iştirak ediblər.

T.Nibloşvili bildirib ki, Tbilisi qardaş şəhərlərlə münasibətlərə böyük önəm verir: “Tbilisinin digər ölkələrin şəhərləri ilə qardaşlaşması təcrübəsi 1975-ci ildə başlayıb. Bu proses bu gün də davam edir. Hazırda Tbilisinin 20 qardaş şəhəri var. Tbilisi qardaşlaşdığı şəhərlərlə təcrübə mübadiləsi həyata keçirir və sıx əməkdaşlıq edir”.

G.Tkemaladze öz növbəsində bağın Tbilisinin qardaş şəhərləri ilə münasibətlərin simvolu olduğunu deyib: “Ümid edirəm ki, Tbilisinin qardaş şəhərlərinin sayı artacaq”.

T.Nibloşvili “Report”a açıqlamasında bildirib ki, Tbilisi və Bakı qardaşlaşmış şəhərlər deyil. “Bakı Tbilisinin tərəfdaş şəhəridir. Bu gün açılan bağ Tbilisinin qardaş şəhərlərinə həsr olunduğundan Bakının adını əks etdirən göstərici quraşdırılmayıb”.

Tədbir çərçivəsində Gürcüstan paytaxtının qardaşlaşdığı şəhərlərdə Tbilisinin adını daşıyan müxtəlif obyektlərin əks olunduğu fotolardan ibarət sərgi də təşkil olunub. Mərasimə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrin səfirləri də qatılıb. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR