Dərc edildi: Baxış sayı: 430
Tbilisidə koronavirus əleyhinə dini ayin keçirilib
Koronavirusdan qorunmaq məqsədi ilə Tbilisi küçələrində dini ayin yerinə yetirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan patriarxlığı göstəriş verib.
Bir neçə avtomobildə olan ruhanilər paytaxtın bir sıra rayonlarında küçələrə Müqəddəs Üçlük kilsəsindən götürülən müqəddəs su səpiblər.
Din xadimləri xeyir-dua verərək Allahdan Gürcüstanı qorumasını xahiş ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət