Slimfit
  1. MƏDƏNİYYƏT

Tbilisidə azərbaycanlı rejissorun yeni tamaşası təqdim olunub

Tbilisidə azərbaycanlı rejissorun yeni tamaşası təqdim olunub
Sakura

Tbilisidə azərbaycanlı rejissorun yeni tamaşası təqdim olunub

Tbilisidəki “Atoneli” teatrında gənc azərbaycanlı rejissor və aktyor Anar Rafiqoğlunun “Stendap komediya” janrında hazırladığı “Zarafat kolleksiyası 6” tamaşasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, “Stendap komediya” zamanı ilk dəfə səhnəciklər də nümayiş etdirilib. Səhnəciklərdə Gürcüstanın “Era Teatrı”nda çalışan azərbaycanlı aktyorlar da çıxış ediblər.

Gənc azərbaycanlı aktyorların yeni performansları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tamaşadan sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə və başqaları çıxış edərək Anar Rafiqoğlunu və aktyorları təbrik edib, onlara uğurlar arzulayıblar.

Gürcüstanda Azərbaycan dilində ilk dəfə bu janrda tamaşanı Anar Rafiqoğlu hazırlayıb. Gənc rejissor və aktyor bu yolla cəmiyyətdə baş verən hadisələri bir nəfərin dilindən zarafatla tamaşaçılara çatdırır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR