Slimfit
  1. AZƏRBAYCAN

Tbilisidə Azərbaycan qadınlarına aid miniatür milli geyim sərgisi açılıb

Tbilisidə Azərbaycan qadınlarına aid miniatür milli geyim sərgisi açılıb
Sakura

Tbilisidə Azərbaycan qadınlarına aid miniatür milli geyim sərgisi açılıb

 Tbilisidə Gürcüstanın Xalq və Tətbiqi İncəsənət Muzeyində “Qafqaz qadınları – Asmat Saqiridzenin dünyası” adlı sərgi keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, sərgidə Qafqazın əksər bölgələrinin milli qadın geyimlərinin miniatür kolleksiyası təqdim olunub.

Kolleksiyanın müəllifi etnoqraf Asmat Saqiridze miniatür qadın geyimlərini originala maksimal yaxın və dəqiq formada yaradıb.

O, miniatür geyimlərin hazırlanmasında müxtəlif fond, arxiv, elmi ədəbiyyat, ailəvi tarixi albomlar və digər mənbələrdən istifadə edib.

Ekspozisiyada Azərbaycan qadınlarına məxsus geyimlər də yer alıb. Sərgi ziyarətçilərinə Bakı və Gürcüstanın Borçalı bölgəsinin qadınlarına xas geyimlər təqdim olunub.

Muzeydə Azərbaycan qadın geyimləri ilə yanaşı, gürcü, çeçen, inquş, ləzgi, abxaz və digər Qafqaz xalqlarına məxsus qadın və kişi geyimləri də sərgilənir.

Sərgi martın 10-na qədər davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR