Dərc edildi: Baxış sayı: 272
Tayvan təyyarəsi Bakıya təcili eniş etdi
Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).
Vurğulanıb ki, “Boinq 787-9” təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət