Slimfit
  1. AZƏRBAYCAN

Tasiç: Ermənistanda seçkilərdən sonra Qarabağla bağlı danışıqlar aktivləşəcək

Tasiç: Ermənistanda seçkilərdən sonra Qarabağla bağlı danışıqlar aktivləşəcək
Sakura

Tasiç: Ermənistanda seçkilərdən sonra Qarabağla bağlı danışıqlar aktivləşəcək

Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi partiyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlara ara verilib.

Oxu.Az xəbər verir ki, N.Paşinyan müxalifətdə olarkən Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana verilməsini nəzərdə tutan və “Lavrov planı” adlandırılan razılaşmanı kəskin tənqid edirdi. 

2018-ci il boyunca biz Ermənistanda daxili siyasi mübarizəni və Paşinyanın Rusiya ilə Qərbin maraqları arasında gedişlər edərək hakimiyyətdə qalmaq istəyini müşahidə etdik. 

Qarabağ məsələsinin nizamlanması isə həm Rusiyanın, həm də Qərbin maraqları daxilindədir. ABŞ prezidentinin müşaviri Con Bolton Qafqaz regionuna səfəri zamanı bu fikri açıq bəyan etmişdi.

Qarabağ məsələsinin nizamlanmasında dünyanın böyük güclərinin maraqlarının üst -üstə düşməsi Paşinyanı fakt qarşısında qoya və o, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini qəbul etmək məcburiyyətində qala bilər.

Rusiya Strateji Araşdırmalar İnstitutunun eksperti Konstantin Tasiçhesab edir ki, Qarabağ üzrə danışıqlar prosesinin aktivləşməsini yalnız Ermənistanda seçkilər keçirildikdən sonra gözləmək olar.

“N.Paşinyanın xarici siyasət kursu bundan öncəki hakimiyyətlə bir çox cəhətlərdə bənzərlik təşkil edir. Lakin Ermənistanda hakimiyyət dəyişikliyi prosesi başa çatmayıb. Növbədənkənar parlament seçkilərinin keçirilməsi və yeni hökumətin təsdiqi vacibdir. O zaman hər iki tərəfdən yeni addımlar gözləmək olar”, - deyə politoloq bildirib.

Ekspert Dağlıq Qarabağ zonasında yeni eskalasiya riskinin qalmaqda olduğunu da vurğulayıb.

“Ermənistan hesab edir ki, 2016-cı ilin aprel ayından sonra müəyyən sabitliyə nail olub. Lakin ATƏT müşahidəçilərinin məlumatlarına əsasən, təmas xəttində gərginlik davam edir. Gərginliyi  aradan qaldırmaq üçün etimad proseslərinin gücləndirilməsi üzrə işləri davam etdirmək lazımdır.

Rusiya münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinə icazə verməyəcək. 2016-cı ilin aprelində Moskva tərəfləri danışıqlar masası arxasında əyləşdirməyi və yüzlərlə insan həyatını xilas etməyi bacardı”, - deyə politoloq bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR