Dərc edildi: Baxış sayı: 635
“Tarqovıda” qış nağılı
Dekabrın 1-dən fəaliyyət göstərən “Soyuq əllər, isti ürək” yarmarkası bu dəfə də həm şəhər sakinlərinin, həm də ölkəmizə gələn turistlərin marağına səbəb olub.
Oxu.Az-ın məlumatına görə, burada 47 çadır qurulub və hər birində cürbəcür şirniyyatlar, bir-birindən fərqli milli və xarici yeməklər, suvenirler və aksessuarlar sərgilənib.
Bundan əlavə, yarmarkada yemək və istirahət etmək üçün də xüsusi şərait yaradılıb.
Yanvarın 6-na kimi davam edəcək yarmarkadan toplanan vəsait ənənəvi olaraq xeyriyyə işlərinə sərf ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət