Tarkana məzar daşı hazırlandı
Türkiyənin Antalya şəhərində qəbir daşı düzəldən Mehmət Çətin adlı şəxs müğənni Tarkana olan sevgisini əbədiləşdirmək məqsədilə başdaşı düzəldib.
Teleqraf.com xəbər verir ki, 12 ildir məzar daşı düzəltməklə məşğul olan Mehmət Çətin Andızlı qəbiristanlığının qarşısına qoyduğu və Tarkanın fotosu əks olunan məzar daşı yoldan keçənlərin marağına səbəb olub.
O, simvolik olaraq öz məzarını da düzəldib.
Mehmət Çətin insanların diqqətini çəkmək üçün bu yola əl atdığını deyib: “Başdaşına adımı və telefon nömrəmi yazmışam. Nömrəni görənlər niyə yazıldığına təəccüb edir. Dostlarıma da zarafatla deyirəm ki, ölsəm məzarım hazırdır.
Sevərək dinlədiyim Tarkanın da başdaşını hazırlamışam. Bəzən insanlar maraqla soruşurlar ki, Tarkan ölübmü? Deyirəm, yox...”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət