Slimfit
  1. DÜNYA

Tarixin ən dəhşətli qasırğaları

Tarixin ən dəhşətli qasırğaları
Sakura

Tarixin ən dəhşətli qasırğaları

Qasırğa küləyin dağıdıcı sürət topladığı siklon növüdür. Tarixdən ekvatora yaxın ərazilərdə formalaşan qasırğalar insanlar üçün əsl təbii fəlakət olub.

Modern.az tarixdə ən dağıdıcı gücə malik qasırğaların siyahısını təqdim edir.

“Bxola” – 1970-ci il noyabr

 

 

1970-ci ilin 12 noyabrında Hindistan və Şərqi Pakistan (indiki Banqladeş) sahillərində əsl təbii faciə yaşanmışdı. Belə ki, “Saffir-Simpson” şkalasına görə 3-cü kateqoriyalı təhlükə dərəcəsinə malik “Bxola” qasırğası 290 kilometr/saat sürətlə bu ölkələrin sahillərinə çatmışdı.

 

Dəhşətli qasırğa Qanq çayının yatağından çıxmasına, yüzlərlə kəndin sualtında qalmasına səbəb olmuşdu. Təbii fəlakət 500 minə qədər insanın həyatına son qoymuşdu.

 

Qasırğanın qoyduğu izlərdən biri isə regional siyasi xəritəni dəyişmişdi. Belə ki, “Bxola” facisəsi zamanı Pakistanın tərkib hissəsi olan Şərqi Pakistan hakimiyyətin yardım səylərindən narazı qalaraq üsyan etmiş, nəticədə Banqladeş dövləti yaranmışdı.

 

“Katrina” –  2005-ci il noyabr

 

2005-ci ilin avqustunda Baham Adaları yaxınlığında formalaşan “Katrina” qasırğası Saffir-Simpson şkalasına görə ən təhlükəli dərəcəyə - 5-ci dərəcəyə malik qasırğa idi.

 

Avqustun 27-də Florisa sahillərinə çatan qasırğa 270 kilometr/saat sürətlə Alabama ştatının mərkəzi Yeni Orleana doğru irəliləmişdi. Şəhəri 1 milyondan artıq insan tərk etsə də, sosial təminatı aşağı olan 150 min insan Orelanı tərk edə bilməmişdi.

“Katrina” qasırğası 1836 insanın ölümünə yol açıb, ABŞ iqtisadiyyatına isə 125 milyard dollar zərər vurub. Qasırğanın nəticələri hələ də Yeni Orlean şəhərində görünməkdədir.

 

“Nina” – 1975-ci il avqust

 

Bu dəhşətli təbii fəlakət Çin və Tayvan iqtisadiyyatını az qala çökdürmüşdü. 1975-ci ilin avqustun əvvəllərində yaranan qasırğa Çinin Xenan vilayətindəki Bantsyao su bəndi daxil olmaqla, 60 dambanı dağıtmış, 6 milyon evi yerlə-yeksan etmişdi.

 

Superqasırğa adını almış “Nina” 26 min insanın ölümünə, daha 145 min insanın sonradan aclığın qurbanına çevrilməsinə və ölkə iqtisadiyyatına 100 milyard dollara yaxın zərərə səbəb olub.

 

“Ayk” – 2008-ci il sentyabr

 

ABŞ-da təlatüm yaradan qasırğa Texas ştatından başlayaraq ölkə ərazisində dağıdıcı təsir göstərmişdi. Sürəti 135 kilometrsaat-a çatan “Ayk” 185 insanın ölümünə, 11 ştatda fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuşdu.

Bununla belə, qasırğanı digərlərindən fərqləndirən əsas cəhət onun dağıdıcılığı yaxud qurbanlarının sayı deyil, bu tropik qasırğanın təsir dairəsinin tarixdə görülməmiş 1450 kilometrə çatması idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR