Slimfit
  1. SİYASƏT

Tarixi debata sözardı: “Ermənilərin fəxr etdikləri Böyük Tiqran mənşəcə erməni deyil” – ŞƏRH

Tarixi debata sözardı: “Ermənilərin fəxr etdikləri Böyük Tiqran mənşəcə erməni deyil” – ŞƏRH
Sakura

Tarixi debata sözardı: “Ermənilərin fəxr etdikləri Böyük Tiqran mənşəcə erməni deyil” – ŞƏRH

 Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirildi.

Debatın sonunda İlham Əliyevlə  Nikol Paşinyan arasında tarixlə bağlı yaranan mübahisə diqqət çəkdi.

Prezidentin “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” deməsi Paşinyanı çox keçmişə apardı.

Belə ki, Paşinyan cavabında öz aləmində antik dövrə istinad etdi.

“Cənab Prezident, bu, o qədər də konstruktiv olmadı. Lakin mən deyərdim ki, Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər”.

İlham Əliyev isə onun bu fikrinə ironiya ilə yanaşdı və gülüşlə qarşıladı. İlham Əliyev cavabında “Ermənilər və ermənilər” deməklə uydurma erməni tarixinə işarə vurdu.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistan tarixi saxtalaşdırır.

Q.Hacıyev bildirib ki, Ermənistan və erməni tarixçiləri tarixlə siyasəti “uyğunlaşdırmağa” cəhd edir.

Onun sözlərinə görə, tarixdə Ermənistan dövləti olmayıb.

“Əhəmənilər imperiyasının tərkibində əmirlik var idi. O, kiçik bir ərazini əhatə edirdi. Həmin ərazilərin adlarını sonradan “Kiçik Ermənistan”, “Böyük Ermənistan” qoydular”, - deyə Q.Hacıyev əlavə edib.

Şöbə müdiri qeyd edib ki, ermənilər sonradan öz tarixlərini Armeniya adlı dövlətə bağlayıblar:

“Bundan başqa, Urartu dövlətinin daş sütun yazılarını özləri ilə əlaqələndirdilər. Halbuki ermənilərin qədim dövrlərdə heç zaman dövləti olmayıb”.

Tarixçi bildirib ki, ermənilərin fəxr etdikləri Böyük Tiqran mənşəcə erməni deyil.

“Onların istinad etdikləri Böyük Tiqran parfiyalıdır. Parfiyalılarla ermənilərin çox böyük fərqi var. Amma erməni tarixçiləri Parfiya hökmdarlarının, Urartu hökmdarlarının əksəriyyətini erməni adı ilə adlandırıblar.

Baxın görün, ermənilərin hardasa bir atributu, qalası, pul vahidi, bayrağı, gerbi varmı?! Yoxdur. Buna görə də onların yaratdıqları əlifba da, tarix də saxtadır”.

Q.Hacıyev Paşinyanın Böyük Tiqranın zamanında regionda yalnız ermənilər və gürcülər olmasına dair iddiasına da münasibət bildirib.

Tarixçi qeyd edib ki, tarixdə iberlər olub.

“Gürcülərdə iber-qafqaz xalqları olub. Amma ermənilərin buralarda izi-tozu da yox idi. Albanlar da var idi, iberlər də. Ancaq erməni adında xalqın burada heç bir izi olmayıb. Onları Qafqaza XIX əsrin əvvəllərində köçürülməyə başlayıblar. Sənədlər, faktlar, arxiv var. Bunları necə danmaq olar?! XIX əsrin əvvəllərindən öncə burada ermənilər yox idi”.

Qeyd edək ki, debatda tarixi faktlarla bağlı digər fikirlər də səsləndirilib. Paşinyan isə bu zaman səhvlərə yol verib. O, Azərbaycanın keçmiş Şaumyan rayonunun Dağlıq Qarabağa aid olduğunu deyib. İlham Əliyev isə dərhal buna reaksiya verərək “Xeyr. O, Dağlıq Qarabağda deyildi. O, Dağlıq Qarabağda deyildi. Xeyr, xeyr” deyib.

İlham Əliyev daha sonra Nikol Paşinyanın yalan danışdığını vurğulayıb.

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR