Tarixdəki ən uzun uçuş : Taiti təyyarələri rekord qırdı
Taiti aviaşirkətinin təyyarəsi yeni koronavirus infeksiyası yayılması səbəbiylə dünya tarixində ən uzun uçuşu həyata keçirdi. Ens.az xəbər verir ki, uçuş Fransa Polineziyasından Parisə olub.
Tipik olaraq, bu marşrutla hərəkət edən təyyarələr Los-Ancelesə yanacaq doldurma üçün eniş edərdilər, lakin Amerika hakimiyyətinin Avropadan gələn uçuşları qadağan edən qərarı səbəbiylə , pilot, iki bölgə arasında birbaşa uçuş həyata keçirib.
Air Taiti Nui aviaşirkətinin 787-9 Dreamliner təyyarəsi 16 saat 30 dəqiqə ərzində ümumilikdə 15 715 kilometr məsafəni qət edib. Uçuşu həyata keçirmək üçün göyərtəyə az miqdarda baqajı olan məhdud sayda sərnişin alınıb.
Qeyd olunur ki, belə birbirbaşa uçuş yalnız küləyin eyni istiqamətdə əsməsinə əsasən mümkün olub.
Mənbə: ren.tv
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət