Slimfit
  1. TARİX

Tarixdə ilk dəfə Misirdə böcək mumiyaları aşkar olundu

Tarixdə ilk dəfə Misirdə böcək mumiyaları aşkar olundu
Sakura

Tarixdə ilk dəfə Misirdə böcək mumiyaları aşkar olundu

The Guardian 13 noyabr tarixində çərşənbə axşamı günü xəbər verib ki, Misirdə arxeoloqlar onlarla mumiyalaşdırılmış pişik, həmçinin nadir peyin qurdu böcəklərinin mumiyalarını aşkar ediblər. 

Nəşrin məlumatlarına əsasən, 6 min il yaşı olan inanılmaz tapıntıya Qahirə yaxınlığında Sakkara nekropolunda rast gəliblər ki, orada Bastet ilahəsinin ziyarətgahı və mumiyalaşdırılmış heyvanların kütləvi şəkildə basdırıldığı məkan yerləşir. 

Misirin qədim dövrlər işləri üzrə Ali Şurasının sədri Mustafa Vəziri qeyd edib ki, alimlər ilk dəfə müqəddəs böcək - peyin qurdlarınının mumiyalarını tapıblar. 

Artefakt iki kiçik daş sarkofaq arasında tapılıb. 

Məlumdur ki, qədim misirlilər üçün peyin qurdu xoşbəxtliyi simvolizə edirdi. 

Pişiklərin mumiyaları isə mütəxəssisləri təəccübləndirmədi, çünki Nekropol Bastet adlı pişik-ilahənin ziyarətgahının yaxınlığında yerləşir ki, Qədim Misirdə sevgi, ev ocağı və məhsuldarlıq himayədarı hesab edilirdi.

 

Mənbə: Mignews.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR