Tarixdә bu gün: 19 may
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
1910-cu ilin 19 may tarixindә elmi adı Halley olan komet - ‘‘quyruqlu ulduz’’ Yer kürəsinə yaxınlaşıb.
“Quyruqlu ulduz” insanlar tərəfindən tanınan ən məşhur göy cisimlərindən biridir.
Alimlərin mәlumatına әsasәn, o, 2061-ci ildә yenidәn Yer planetinə yaxınlaşacaq.
****
Bu gün Türkiyә Cumhuriyyәtinin qurucusu ulu öndәr Mustafa Kamal Atatürkü Anma, Gәnclik vә İdman Bayramını coşğuyla qeyd edir.
Gәnclәrin sağlam vә idmanla mәşğul olan fәrdlәr kimi yetişməsini tәmin etmәk üçün 19 may tarixi Türkiyənin milli bayramlarından biri olaraq müәyyәnlәşdirilib.
19 may tarixi 1938-ci ildәn etibarәn Türkiyənin milli bayramıdır.
Bu gün Türkiyәnin dörd bir tәrәfindә vә xaricdәki diplomatik nümayәndәliklәrindә keçirilәn mәrasimlәrlә hәm Atatürk yad edilir, hәm dә Gәnclik vә İdman Bayramı coşğuyla qeyd olunur.
****
19 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1935-ci ilin 19 mayında ‘‘Әrәb üsyanı’’nı tәşkil edәn mәşhur ingiliz cәsus, arxeoloq, hәrbçi vә yazıçı Tomas Edvard Lavrens baş verәn yol qәzası nәticәsindә hәlak olub.
****
1981-ci ilin 19 may tarixindә Mustafa Kamal Atatürkün anadan olduğu ev bәrpa edilәrәk muzeyә çevrilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət