Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tarix təkrarlanır: SARS-CoV-2 də o epidemiya kimi yoxa çıxacaq?

Tarix təkrarlanır: SARS-CoV-2 də o epidemiya kimi yoxa çıxacaq?
Sakura

Tarix təkrarlanır: SARS-CoV-2 də o epidemiya kimi yoxa çıxacaq?

ABŞ-ın Arizona Universiteti Biodizayn İnstitutunun professoru Efren Lim və komandası “Virologiya Jurnalı” dərgisində koronavirus haqqında yeni araşdırma yayımlayıb.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, araşdırmada mutasiyaya uğrayan koronavirusun genetik oxşarlığı olan SARS virusunda 2003-cü ildə meydana gələn dəyişikliyi əks etdirdiyi bildirilib.

Mütəxəssislər qeyd edib ki, bu durum COVID-19-un zəifləməsinə işarə ola bilər. Araşdırmada virusun necə yayıldığı, adaptasiya olduğu və mutasiyaya uğradığına dair genetik kodu sürətli oxumaq üçün “yeni nəsil ardıcıllıq” texnologiyasından istifadə olunub. Arizonadakı koronavirus xəstələrinin burnundan götürülən 382 nümunənin analiz edildiyi bildirilən çalışmada virusun genomunun əhəmiyyətli bir parçasının əskik və genetik əlfibasındakı 81 hərfin tamamilə yox olduğu ortaya çıxıb.

Sözügedən mutasiyanın SARS virusunda da rast gəlindiyini bildirən professor Karol Sikora bu dəyişikliyin SARS üçün sonun başlanğıcı olduğunu deyib.

Doktor Lim bu mutasiyanın qəribə olmasının səbəbinin 2003-cü ildə yayılan SARS epidemiyasında da virusun genetikasının böyük qisminin silinməsi olduğunu deyib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR