Slimfit
  1. GÜNDƏM

Tarix İnstitutunun direktoru: Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır

Tarix İnstitutunun direktoru: Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır
Sakura
:0

Tarix İnstitutunun direktoru: Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır

İşğal altında olan Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Küveytin vəqflər və islam işləri nazirliyinin nəzdində fəaliyyət göstərən “İslam Araşdırmaları və Quran elmləri” departamentinin direktoru, doktor Fəhd Əl-Canfavi ilə görüşündə deyib.

Y.Mahmudov deyib ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər: "Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır".

Y.Mahmudov Azərbaycan ilə Küveytin dost və qardaş ölkələr olduğunu bildirib.

O deyib ki, Azərbaycanın xarici siyasətində islam ölkələri mühüm yer tutur: “Sovet dövründə Azərbaycan islam ölkəsi olduğu üçün çox ağır günlər yaşayıb. Sovet imperiyası Azərbaycanda islam dini ilə bağlı olan hər şeyi məhv etməyə çalışıb. O zaman məscidlər bağlanıb, görkəmli islam alimləri və din xadimləri məhv edilib, Qurani-Kərim tonqallarda yandırılıb. Bu qanlı tədbirlərə baxmayaraq xalqımız islamı qoruyub saxlaya bilib”.

Görüşdə erməni vandalizmini özündə əks etdirən video-çarx nümayiş etdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR