Slimfit
  1. SİYASƏT

Tarasov: Rusiyanın Qarabağa münasibəti budur!

Tarasov: Rusiyanın Qarabağa münasibəti budur!
Sakura

Tarasov: Rusiyanın Qarabağa münasibəti budur!

Rusiya Dağlıq Qarabağ konfliktininin dondurulmasının tərəfdarıdır, çünki başqa variant yoxdur.

Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində rusiyalı politoloq Stanislav Tarasov deyib. Tarasovun sözlərinə görə, Azərbaycan “Lavrov planı” haqqında danışarkən Qarabağın həllinin Moskvanın əlində olduğunu düşünür, amma bu, həqiqət deyil.

Rus ekspert, həmçinin, Paşinyan hakimiyyətini də tənqid edib:

“Nalbəndyan nazir olanda “köhnə qvardiya” oyun oynayırdı. O zaman biz gözləyirdik ki, Paşinyanın komandası olan inqilabçılar, demokratlar danışıqlarda nə baş verəcəyini deyəcəklər. Deyin görək, nədən qorxursunuz? Erməni xalqından? Deyin görək, 3-4 saat konkret olaraq nədən danışırsınız?”

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanla danışıqlarda konkret bəndlərin müzakirə edildiyini və gündəmdə Qarabağ konfliktinin mərhələli həllinin olduğunu bildirmişdi. O, Bratislavadakı son danışıqların sərt olduğunu və tərəflərin öz qırımızı xətlərini təqdim etdiklərini söyləmişdi.

Erməni tərəfi isə belə müzakirənin getdiyini təkzib etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR