Slimfit
  1. MƏDƏNİYYƏT

Tarantino bütün dövrlərin 11 ən yaxşı filminin adını çəkdi

Tarantino bütün dövrlərin 11 ən yaxşı filminin adını çəkdi
Sakura

O, 1966-cı ildə çəkilən "Yaxşı, pis və qəddar" filminə diqqət yetirməyi məsləhət görür.

Ens.az bildirir ki, məşhur amerikalı rejissor Kventin Tarantino bütün dövrlərin ən yaxşı 11 filminin siyahısını tərtib edib.

Onun fikrincə, 1960-cı illərin müəlliflərindən olan Sercio Leone 1990-2000-ci illərin kinosuna ən çox təsir etdi. Xüsusilə, Tarantino 1966-cı ildə çəkilən "Yaxşı, pis və qəddar" filminə diqqət yetirməyi məsləhət görür.

"Mən hesab edirəm ki, müasir film istehsalatına yolu Leone göstərir. Siz Leon yanından keçmirsiniz, siz ondan başlayırsınız", - rejissor qeyd edib.

Tarantino həmçinin tamaşaçılara  Corc Vilhelmin "Pandoranın yeşiyi" (1929) səssiz filmini, Hovard Xouksun "Onun qızı Cümə günü"  (1940) romantik komediyasını,  Billi Uaydlerin "Qahirəyə gedən yolda beş məqbərə" (1943) adlı casus filmi, Prestonun Stercesin  "Yalnız Sizin" (1948) komediyasını, Hovard Xouksun vestern janrında çəkdiyi "Rio Bravo" (1959), Çona Çanq-xva-nın "Boks Kralı" (1972) döyüş filmini, Stiven Spilbergin "Çənələr" dəhşət filmini (1975), Brayan de Palmanın "Kerri" (1976) dəhşət filmini, Martin Skorsezin "Taksi sürücüsü" dramı (1976) və Brayan  de Palmanın "Deşmə" (1981) trillerini məsləhət görüb. .

Mənbə: aif.ru

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR