Dərc edildi: Baxış sayı: 260
Tapşırıq verildi: Fransa İrəvanı silahlandırır
Fransanın xarici işlər naziri Ketrin Kolonna ölkənin müdafiə naziri Sebastyan Lekornuya Parisin Ermənistana hərbi yardım göstərmək imkanlarını qiymətləndirməyi tapşırdığını təsdiqləyib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “France İnfo” məlumat yayıb.
“İrəvanla dialoq aparırıq ki, onun silaha olan ehtiyaclarını müəyyənləşdirək”, - Kolonna bildirib.
O, hansı silahların və hansı vaxt çərçivəsində verilə biləcəyini açıqlamayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət