Slimfit
  1. İQTİSADİYYAT

TAP yay fasiləsindən sonra tikinti işlərini bərpa edəcək

TAP yay fasiləsindən sonra tikinti işlərini bərpa edəcək
Sakura

TAP yay fasiləsindən sonra tikinti işlərini bərpa edəcək

Yay fasiləsindən sonra Trans Adriatik boru kəmərinin (TAP) tikintisi üzrə işlərin layihənin İtaliya üzrə son hissəsinin tamamlanması məqsədilə bərpa edilməsi planlaşdırılır.

Bu barədə "Report"a TAP-ın kommunikasiya şöbəsinin rəhbəri Liza Givert bildirib.

"TAP bütün fəaliyyət növləri üzrə səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş Ətraf Mühitin Monitorinqi Layihəsində müəyyən edilmiş çərçivədə işləyəcək", - L.Givert deyib.

Onun sözlərinə görə, TAP-ın icrası qrafik üzrə gedir və boru kəməri 2020-ci ildə Azərbaycanın  "Şahdəniz-2" qaz-kondensat yatağından ilk qazı almağa hazır olacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın  ildə 10 mlrd. kubmetrinin ilkin olaraq Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.

TAP-ın inşasının 2020-ci ildə yekunlaşdırılacağı və elə həmin ildə ilk Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR