Slimfit
  1. MARAQLI

Tanınmış şirkətlərin loqoları bizə nə mesaj verir?

Tanınmış şirkətlərin loqoları bizə nə mesaj verir?
Sakura

Tanınmış şirkətlərin loqoları bizə nə mesaj verir?

Gün ərzində diqqətimizi çəksə də çəkməsə də, restoranlarda və ya küçələrdə bir çox loqoya rast gəlirik. Haqqında heç düşünmədən yanından keçib getdiyimiz bu loqoların çoxu əslində təsadüfən dizayn edilməmişdir. Bəzi loqolar öz dizaynlarındakı sətraltı mənaları ilə bizə mesaj verməyə çalışırlar. Şirkətlərin bu məqsədlərinə çatmaqda nə dərəcədə uğurlu olub olmadıqları mübahisəli olsa da, hər yeni dizayn edilən loqoda bu prinsipin əsas götürüldüyü aşkardır.

Amazon

İlk baxışda çox bəsit dizayna sahib olduğu düşünülən “Amazon” – un loqosu əslində sətraltı bir çox mənaya sahibdir. Saytın məqsədi düşünüldüyü zaman A - dan Z - yə axtardığımız hər şeyi tapa biləcəyimizi bildirən altdakı ox işarəsi, eyni zamanda “gülümsəyən bir üz” – ü xatırladır. Beləliklə də, müştəri məmnuniyyətinin ön planda olduğuna diqqət çəkilmiş olur.

Adidas

Dünyanın ən tanınmış idman geyimi markalarından biri olan “Adidas” bir neçə dəfə öz loqosunu dəyişdirsə də, dizanda istifadə edilən “üç xətt” hər zaman sabit qalmaqdadır. Bu xətlər həmişə bir uçbucaq yaradacaq şəkildə dizayn edilmiş və idmançıların çətinliklərlə mübarizəsini xarakterizə etmək üçün də bir dağ formasında göstərilmişdir.

Coca – Cola

Dünyaca məşhur bu markanın “O”  “L” hərflərinin arxasına gizlənmiş bir Danimarka bayrağı olduğunu desək, nə düşünərsiniz? Təsadüfən fərqinə varıldığı deyilən bu hal, vaxt keçdikcə Skandinaviyada bir marketinq vasitəsi olaraq istifadə edilmişdir.

FedEx

Ən tanınmış transfer şirkətlərindən biri olan “FedEx” – in loqosu ən gizli loqolardan biridir. “E”  “X” hərfləri arasında yazıya əks bir rəng uyğunsuzluğu ilə gizlənmiş olan “Ox” işarəsi şirkətin məqsədini, yəni sürət və təslimatı vurğulayır. Şirkətin loqosu, “Rolling Stone” jurnalı tərəfindən son 35 ilin ən yaxşı səkkiz loqusundan biri seçilmişdir.

BMW

Günümüzdə avtomobil markası olaraq tanınan “BMW”, I Dünya müharibəsi vaxtı təyyarə pərvanələri istehsal edən bir şirkət olaraq yaradılmışdı. Şirkətin loqosu da öz tarixini əks etdirməkdədir. Ortadakı hissə fırlanan pərvanəni təmsil edərkən, mavi hissələr isə səmaya işarə edir.

McDonald`s

“McDonald`s” – ın loqosundakı “M” hərfi ilk baxışda fast-fud şəbəkəsinin adının baş hərfi kimi görünsə də, həqiqət əslində elə deyil. Yana çevirib baxıldıqda qadın sinəsini xatırladan bu simvol, öz sətraltı mənası ilə bizi uşaqlığımıza aparır və“Burada qarnınızı doyura bilərsiniz!” mesajı verir.

Google

“Google” şirkətinin loqosu sıra ilə üç əsas rəngə sahibdir, ancaq ikinci bir rəng ilə bu balans pozulmuşdur. Bu rəng seçimləri və sıralaması tamamilə qəsdən edilmişdir. Qaydalara əməl etmədikləri və həmçinin darıxdırıcı olmadıqlarını göstərmək üçün belə bir üsula müraciət edən şirkət yadda qalması üçün bəsit bir yazı tərzi və buna uyğun rənglərdən istifadə etmişdir.

 

Mənbə: Banco.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR