Dərc edildi: Baxış sayı: 353
Tanınmış mütəxəssis "Qarabağ"ın rəqibi ilə yollarını ayırıb
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin “Arsenal” klubunun icraçı direktoru İvan Qazidis postunu tərk edib.
“Report” London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 2008-ci ildən “Arsenal”da çalışan Qazidis karyerasını İtaliyanın “Milan” klubunda davam etdirəcək. Onu bu vəzifədə Raul Sanlyeli ilə Vinay Venkateşam əvəzləyib.
Qeyd edək ki, Qazidis dekabrın 1-dən “Milan”da icraçı direktor kimi fəaliyyətə başlayacaq. “Arsenal” və “Qarabağ” komandaları oktyabrın 4-də Bakıda, dekabrın 13-də isə Londonda qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət