Tanınmış markaların ilk reklam filmləri
Hazırda adını, hətta loqosunu görəndə tanımayanın qalmadığı, dünyaca məşhur markaların köhnə reklam filmləri sizə də maraqlıdırmı? Günümüzün texnologiyası ilə reallaşan reklam kampaniyalarının və çəkilən reklam filmlərinin keyfiyyəti ilə müqayisə etdiyimiz zaman olduqca sadə və qeyri-peşəkar görünən reklamların nostalji dəyərini nəzərə almaq lazımdır.
İlk olaraq televiziya tarixinin ilk reklam filmini sizlərə təqdim edirik:
1940 – cı ildə hamburger, cheeseburger, qızardılmış kartof, coca-cola, sütlü kokteyl satmaq üçün yaradılan McDonald`s sürətli satış və xidmət üsulu ilə Amerikadakı ilk fast-fud şəbəkəsinin təməllərini atmışdı. McDonald`s-a aid ən köhnə reklam filmi isə 1963 – cü ildə çəkilib.
1964 – cü ildə təsis edilən Nike firmasının ilk televiziya reklamı 1982 – ci ilə aiddir. İlk reklamında qaçış ayaqqabısı olduğunu vurğulayan və ibtidai insanlardan bəri qaçışın əhəmiyyətindən bəhs edən Nike hazırda dünyada öz yeri olan tanınmış bir markadır.
Nike firmasının məşhur şüarı olan “Just Do It” istifadə edilməyə başladıqdan sonra çəkilən ilk reklam filmi isə aşağıdakıdır:
1976 – cı ildə təsis edilən markanın 1977 – ci ilə aid ilk reklam filmində şirkətin göyqurşağı rənglərini əks etdirən ilk loqusunu görürük.
1869 – cu ildə qurulan Heinz şirkətinə aid ilk reklam filminin hansı olduğu tam dəqiq bəlli olmasa da, 1955 – ci ildə yayımlanmış Heinz lobyalarına həsr edilən aşağıdakı reklamın ən köhnə reklamlardan biri olduğu güman edilir.
1892 – ci ildə təsis edilən Coca-Cola firmasının 1953 – cü ildə yayımlanan reklam filmində içkinin soyuq olmasına və fərahladıcı xüsusiyyətinə diqqət çəkilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət