Tanınmış həkimdən koronavirusu asan keçirmək üçün 6 qayda
Tanınmış televiziya aparıcısı, doktor Aleksandr Myasnikov koronavirus infeksiyasının ən yumşaq formada davam etməsi üçün nə edilməli olduğunu izah edib.
Ens.az Publika.az-a istinadən xəbər verir ki,bu barədə o, öz Telegram kanalında yazıb. Həkimin sözlərinə görə, bunun üçün 6 vacib addım atılmalıdır:
- Siqareti atmaq;
- Arıqlamaq;
- Sağlam, aşağı kalorili rasiona sadiq qalmağa çalışmaq;
- Daha tez-tez idmanla məşğul olmağa və həvəs göstərməyə çalışmaq;
- Qan təzyiqini izləmək;
- Qripə qarşı və dərman hazır olan kimi koronavirusa qarşı peyvənd vurdurmaq.
Həkimin sözlərinə görə, COVID-19 pandemiyası bütün planet üçün bir sınaqdır, infeksiyanın özü çətin ki, dəyişsin və mutasiya etsin. Daha ciddi və təhlükəli hala gəlməsi istisna edilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət