Dərc edildi: Baxış sayı: 537
Tanınmış futbolçunun şortu satışa çıxarıldı
Rusiyada biznesmen Mixail Medvedyev pulsuz elanlar saytında bir milyon rubl (25796.65 AZN) dəyərində olan şortu satışa çıxarıb.
“Qafqazinfo”nun “NTV”yə istinadən məlumatına görə, geyimin bu qədər baha olmasının səbəbi şortun Avropa Liqasının ən yaxşı bombardiri Olivye Jiruya məxsus olmasıdır. O, onu Jirudan 2018-ci ildə keçirilən dünya çempionatında alıb.
Biznesmenin fikrincə, o, geyimə doğru qiymət qoyub və onu daha aşağı məbləğə satmayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət