Slimfit
  1. MƏDƏNİYYƏT

Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi

Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
Sakura

Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi

Rusiyanın Birinci kanalının “Eksklüziv” verilişi Müslüm Maqomayevə həsr edilib.

AZƏRTAC xəbər verir ki, verilişin aparicisi Dmitri Borisov dahi müğənninin hazırda ABŞ-da yaşayan qızı Marina Maqomayevanın evində olub. Marina Maqomayeva atası, Tamara Sinyavskaya ilə münasibətlərindən danışıb. O deyib ki, həyat yoldaşı, musiqiçi Aleksandr Kozlovski ilə ailə həyatı qurandan sonra ABŞ-a köçüb. “Amerikaya köçmək barədə heç zaman düşünmürdüm. Mənim üçün Bakıda yaşamaq yaxşı idi”, deyən M.Maqomayeva vurğulayıb və əlavə edib ki, özü də anası da Müslüm Maqomayevin ikinci həyat yoldaşı Tamara Sinyavskaya ilə hər zaman yaxşı münasibətlərdə olublar: “Anamla Tamara indi də ünsiyyətdədirlər, bir-birinə hər zaman salam göndərirlər. Biz dəfələrlə Tamaranı ABŞ-dakı evimizə qonaq çağırmışıq, lakin o, səhhəti ilə əlaqədar gələ bilmir”.

Verilişdə Tamara Sinyavskaya Müslüm Maqomayevlə tanışlıqlarının tarixçəsindən danışıb. Qeyd edib ki, onların toyunu Azərbaycanın ümummilli lideri Heydər Əliyev Bakıda təşkil edib: “Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi. Azərbaycanlılar üçün bu, onların fəxrli oğullarının toyu idi. Əlbəttə, hamı mənə sınayıcı nəzərlərlə baxırdı. Mən də özümü ədəbli aparırdım, buna görə də tənbeh olunmadım və əvəzində “gəlin” adına layiq görüldüm. Müslüm mənə deyirdi: “Tamara, sən bütün Azərbaycanın gəlinisən”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR