Slimfit
  1. AVTO VƏ MOTO

Tam Yeni dizaynda Hyundai Sonata

Tam Yeni dizaynda Hyundai Sonata
Sakura

Tam Yeni dizaynda Hyundai Sonata

Tam Yeni Sonata və Le Fil Rounge konsepti Amerika Sənaye dizaynerləri (İDSA) tərəfindən təsis olnmuş İDEA 2019 (2019 International Design Excellence Awards) mükafatının finalisti elan edilib.

Məlumat üçün bildirək ki, İDEA mükafatı avtomobil, nəqliyyat, müştəri texnologiyaları və ətraf mühitə yönəlik dizaynların, konsepsiyaların qiymətləndirilməsi üçün təsis edilmişdir. Təqdimat zamanı çıxış edən Hyundai rəsmiləri Hyundai Sonatanı Le Fil Rouge konsepsiyasında yaradılmasınında əsas məqsədin yüksək emosional dəyər, məhsuldar fəaliyyət və idman həssaslığını bir yerdəki göstərmək istədiklərini bildirmişlər.

İlk dəfə Hyundai Coupe 1974 konsept modelində italian dizayner Corccetto Crorciaro (Giorgetto Giugiaro) tərəfində təqdim edilən Le Ruge Fil konsepsiyası Hyundai avtomobillərinin yeni idman ruhunu özündə əks etdirir. “Sensotive Sportivness” fəlsəfəsi Sonata 2020 modelində proporsiyalar, arxitektura, stil və texnologiya, estetiklik və funksionallıq kimi 4 mühüm elementin vəhdəti və harmoniyasından ibarətdir.

Bir çox avtomobil mütəxəsisləri və dizaynerlərin rəyinə əsasən demək olar ki, Hyundai Motors dizayn elementlərini gücləndirməklə yaxın gələcəkdə daha autentik avtomobillərlə bizi təəccübləndirməkdə davam edəcəkdir. Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi "Auto Azərbaycan" şirkətindən aldığımız məlumata görə, Tam Yeni Sonata 2020 modeli ölkəmizə yaxın aylarda gətiriləcək. Amma rəsmi nümayəndə komplektasiya və qiymətlərlə bağlı məlumatları hələlik paylaşmaq istəmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR