Slimfit
  1. CƏMİYYƏT

Talış kəndindəki tam orta məktəbdə ilk zəng çalınıb, uşaq bağçası fəaliyyətə başlayıb

Talış kəndindəki tam orta məktəbdə ilk zəng çalınıb, uşaq bağçası fəaliyyətə başlayıb
Sakura

Talış kəndindəki tam orta məktəbdə ilk zəng çalınıb, uşaq bağçası fəaliyyətə başlayıb

Martın 27-də Tərtər rayonunun Talış kəndində məktəb və uşaq bağçasının açılış mərasimi keçirilib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri Seymur Məmmədov, Şamxal Muxtarov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, kənd sakinləri iştirak ediblər.  

Mərasim iştirakçıları əvvəlcə məktəbdə yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, məktəb 78 şagird yerlikdir. İkimərtəbəli binanın dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğın əleyhinə siqnalizasiya, rabitə, videomüşahidə sistemləri ilə təchiz edilib. Məktəbdə 8 sinif, tibb və müəllimlər otağı, akt zalı və kitabxana yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları yaradılıb. Hazırda təhsil müəssisəsində 24 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə isə 16 müəllim məşğul olur. 

Daha sonra məktəbəqədər təhsil müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub. Məlumat verilib ki, uşaq bağçasının birmərtəbəli binası da əsaslı təmir edilib. Bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın əleyhinə siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilib. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR