Slimfit
  1. İQTİSADİYYAT

Taleh Kazımov: Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi bu il də alışyönlü ola bilər

Taleh Kazımov: Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi bu il də alışyönlü ola bilər
Sakura

Taleh Kazımov: Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi bu il də alışyönlü ola bilər

Son 2 ildə olduğu kimi, 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü ola bilər. Mərkəzi Bank büdcə xərclərinin dinamikasını və kredit aktivliyini daxili tələb faktorları kimi daim diqqətlə izləyir.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

Diqqətə çatdırılıb ki, valyuta alışları bank sistemində likvidliyin artmasına şərait yaradıb.

“Manatla pul bazası ümumilikdə 2023-cü ildə 19,6% artıb ki, bunun da 14,6 faiz bəndi dekabr ayında baş verib. Pul siyasəti alətləri pul siyasətindən kənar olan avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına və faiz ötürücülüyünün gücləndirilməsinə xidmət edib. Daimi imkan və açıq bazar əməliyyatlarının aparılması pul bazarında milli valyutada banklar arasında həm təminatlı, həm də təminatsız bağlanan əqdlərin orta çəkili faiz dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi ilə eyni istiqamətdə hərəkətini təmin edib”, - deyə Taleh Kazımov vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR