Slimfit
  1. İQTİSADİYYAT

Taleh Kazımov: Bankların ləğvetmə prosesində çatışmazlıqlar var

Taleh Kazımov: Bankların ləğvetmə prosesində çatışmazlıqlar var
Sakura

Taleh Kazımov: Bankların ləğvetmə prosesində çatışmazlıqlar var

"Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) ləğvetmə prosesinə biz nəzarət edirik. Səmimi deyim ki, prosesdə çatışmazlıqlar var. Hazırda Mərkəzi Bankın daxilində ƏSF ilə sıx işləyərək ləğvetmə prosesinə nəzarət edəcək komanda formalaşır".  

Ens.az Valyuta.az-a istinadən xəbər verir ki,  bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. O qeyd edib ki, ƏSF daha çox risk əsaslı təminatların təmin edilməsi yenilikləri üzərində çalışır.

 

Bankların ləğvetmə prosesində şəffaflıq və hesabatlılıqla bağlı iradlara gəlincə, AMB sədri əlavə edib ki, Mərkəzi Bank səlahiyyətləri çərçivəsində ƏSF-də bankların ləğvetmə prosesində şəffaflığın təmin edilməsini izləyir: “Bizim səlahiyyətimiz nəyə çatırsa, onu izləyirik. ƏSF-nin Himayəçilər Şurasında həmçinin, bizim komandamız var və nəzarət edirik. Nəzarətimiz hesabatlar üzərində keçirilir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR