Slimfit
  1. CƏMİYYƏT

Taksilərin qiyməti qalxdı

Taksilərin qiyməti qalxdı
Sakura

Taksilərin qiyməti qalxdı

Azərbaycanda taksi xidmətlərinin qiymətinin artdığı bildirilir.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,  “Bolt”, “Uber” və “Yango” taksiləri üçün minimum gediş haqqı bu gündən 2,50 manata yüksəlib.

Bu barədə məlumat verən sərnişinlər bildirirlər ki, əvvəllər bu qiymət 1-1,5 manata bərabər idi.

Məlumat üçün bildirək ki, taksi şirkətləri əsasən, “yüksək təlabat” zamanı qiymət əmsalını yüksəldir. Bununla gediş haqqında bahalaşma olur. 

Taksi xidmətləri ilə bağlı parlament və nazirlik səviyyəsində müzakirələrin aparıldığı zaman, həmçinin yeni qərarların qəbul edildiyi ərəfədə oxşar xəbərlər yayılmışdı. Lakin sərnişinlərin hamısı bu məlumatları təsdiqləməmişdi.

Sözügedən şirkətlər ictimaiyyətə qiymət artımı ilə bağlı informasiya verməyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR