Slimfit
  1. AZƏRBAYCAN

Taksilərdə qiymət artımı olacaqmı?

Taksilərdə qiymət artımı olacaqmı?
Sakura

Taksilərdə qiymət artımı olacaqmı?

Taksi sürücüləri artıq “Azərpoçt”dan da fərqlənmə nişanını əldə edə biləcəklər. 

Baku.Tv xəbər verir ki, yeni qayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılıb. 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat Katibi Nuridə Allahyarovanın sözlərinə görə, bu günə kimi 201 taksi sürücüsü fərqlənmə nişanı əldə edib:

“Vəziyyətdən sui-istifadə etmək istəyən şəxslərə fərqlənmə nişanı verilməyəcək. Son altı ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək”.

DANX rəsmisi süni qiymət artımına da münasibət bildirib:

“Bakı Taksi Xidməti”nə məxsus London taksilərini çıxmaq şərtilə, digər taksi xidmətlərində qiymətləri fərdi sahibkarlar müəyyən edir. Amma bununla belə qiymət artımı müşahidə olunduqda vətəndaşlar “16-55” Çağrı Mərkəzinə müraciət edə bilərlər”.

 

 

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR