Slimfit
  1. AZƏRBAYCAN

Taksidə siqaret çəkənlərin cərimələnməsi effektiv olacaqmı? - Hüquqşünas şərhi

Taksidə siqaret çəkənlərin cərimələnməsi effektiv olacaqmı? - Hüquqşünas şərhi
Sakura

Taksidə siqaret çəkənlərin cərimələnməsi effektiv olacaqmı? - Hüquqşünas şərhi

Xəbər verdiyimiz kimi, Milli Məclis taksidə siqaret çəkən şəxslərin cərimələnməsini nəzərdə tutan layihəni qəbul edib.

Milli.Az bildirir ki, hüquqşünas Əkrəm Həsənovun Sputnik Azərbaycan-a dediyinə görə, belə hallara görə cərimələrin tətbiq olunması son nəticədə insanların məsuliyyət hissini artırmış olur: "Hesab edirəm ki, hər bir halda bu cür məhdudiyyətlər qoyulmalıdır. Ən azından siqaretin çəkilməsi kimisə narahat edirsə, o etirazını qanunu əsasla bildirəcək. Bu cərimələrin olması insanlarda fikir formalaşdıracaq ki, bunu etmək olmaz. İlkin addım kimi bunu mütləq tətbiq etmək lazımdır. Ancaq effekt göstərməsi üçün bir neçə il vaxt lazımdır".

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinin 0.4-cü bəndinə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR