Slimfit
  1. CƏMİYYƏT

Taksi sürücüsünə qarşı soyğunçuluq: 1 polis yaralandı

Taksi sürücüsünə qarşı soyğunçuluq: 1 polis yaralandı
Sakura

Taksi sürücüsünə qarşı soyğunçuluq: 1 polis yaralandı

Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Ens.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.

Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.

Sabunçu rayonu Polis İdarəsinin əməkdaşı Çərkəz Füzuli oğlu İsmayılov və onun növbə yoldaşı tərəfindən soyğunçular zərərsizləşdirilib.

Bu zaman soyğunçulardan biri özünə və polisə əməkdaşına bıçaqla xəsarət yetirib.

Hadisənin təfərrüatı araşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR