Taksi sürücüsü sərnişinini maşında gözlədib intihar etdi
Bakının Xaşaxuna bağları yaşayış massivində intihar hadisəsi baş verib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Beyləqan rayonu sakini olan 34 yaşlı Cahid Sabir oğlu Məhəmmədli Qala qəsəbəsi yaxınlığındakı massivdə tikilməkdə olan evində özünü asıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, C.Məhəmmədli taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. O, hadisə baş verən gün sifariş götürüb. Onun müştərisi F.Məhərrəmova adlı qadın olub. Yolda olarkən C.Məhəmmədli sərnişininə yaxınlıqdakı evdə işinin olduğunu və bir neçə dəqiqəyə qayıdacağını bildirərək avtomobildən düşüb.
F.Məhərrəmova sürücünün daxil olduğu tikilidən çıxmadığını görərək maşından düşüb və ora yaxınlaşdıqda C.Məhəmmədlinin özünü asdığını görüb. Qadın dərhal polisə məlumat verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət