Taksi sürücüsü barədə məlumatların siyahısı təsdiqlənib
“Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı” təsdiq edilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla taksi sifarişi operatorları “AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatları real vaxt rejimində ötürəcəklər:
1. taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;
2. taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb);
3. taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;
4. taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);
5. daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat;
6. taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;
7. taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;
8. taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur - sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin daşımır və sifariş qəbul etmir);
9. taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;
10. taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət