Slimfit
  1. CƏMİYYƏT

Taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlərin bu qədər cərimələnəcək

Taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlərin bu qədər cərimələnəcək
Sakura

Taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlərin bu qədər cərimələnəcək

Azərbaycanda taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlər 20 min manat cərimələnəcək.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, Məcəlləyə yeni 326-2-ci maddə (Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə) əlavə olunur.

Dəyişikliklə taksi sifarişi operatorlar tərəfindən "Avtomobil nəqliyyatı haqqında" qanunla müəyyən edilmiş tələblərin pozulmasina, yəni:

- "Fərdi məlumatlar haqqında" qanuna uyğun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına;

- hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən malumatların, o cümlədən sürücünün və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə vəzifəli şəxslər 10 500 manat məbləğində, hüquqi şəxslər isə 20 000 manat məbləğində cərimə ediləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR