Slimfit
  1. CƏMİYYƏT

Taksi qiymətlərinin artmasının arxasında nə dayanır? – “Payıza qədər...”

Taksi qiymətlərinin artmasının arxasında nə dayanır? – “Payıza qədər...”
Sakura

Taksi qiymətlərinin artmasının arxasında nə dayanır? – “Payıza qədər...”

“Bir neçə şirkətin sövdələşərək eyni vaxtda qiymətləri kəskin şəkildə yüksəltməsi, əlbəttə ki, paytaxt və ölkə iqtisadiyyatına müəyyən risklər yaradır”.


Ens.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.


Mütəxəssis Azərbaycanda fəaliyyət göstərən “Bolt”, “Uber”, “Yango” kimi xarici taksi şirkətlərinin minimal gediş haqlarını qaldırması faktına münasibət bildirib.


Xatırladaq ki, “Uber”, “Bolt” və “Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub. Əvvəllər isə bu məbləğ 1-1,60 AZN aralığında dəyişirdi.

E. Cəfərov isə söyləyib ki, taksi qiymətlərinin yüksəlməsi ilə digər sferalarda da qiymət artımı baş verə bilər:


“Bundan əlavə, qiymətlərin yüksəlməsi vətəndaşların ictimai nəqliyyata əlçatanlığını azalda bilər. Bu gün taksi, əslində, ictimai nəqliyyatın bir qoludur və premium daşınma xidməti deyil”.

Onun fikrincə, Azərbaycanda ictimai nəqliyyatın avtobus seqmentinin bərbad olması ilə insanlar daha münasib qiymətə olan taksilərə üz tuturlar:

“Taksilərin də qiyməti belə kəskin yüksəlirsə, vətəndaşlar bir nöqtədən digər nöqtəyə səfər etməkdə çətinlik çəkəcəklərsə, yollarda qalacaqlarsa, vaxtı-vaxtında işə gedə bilməyəcəklərsə, bu, Bakının həm paytaxt, həm də iri sənaye şəhəri kimi iqtisadiyyatına böyük zərər vurur. 

Bakı da Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edirsə, ümumilikdə bu qiymət artımının ölkə iqtisadiyyatına mənfi zərəri ola bilər. Ümid edirik ki, payıza qədər aidiyyəti qurumlar qiymətlərin tənzimlənməsi ilə məşğul olacaqlar və taksi qiymətləri əvvəlki səviyyəsinə enəcək”.

“Burada digər bir məsələ isə odur ki, taksi şirkətləri yenə də istədikləri kimi Azərbaycan qanunlarına qarşı saymazyana hərəkət edirlər. Söhbət ondan gedir ki, son aylar ərzində dövlətin əsas məqsədi o idi ki, taksidə keyfiyyət yüksəlsin və daha təhlükəsiz daşınmalar həyata keçirilsin. Amma bunun əksi olaraq taksi şirkətləri keyfiyyəti yüksəltməməklə yanaşı, heç təhlükəsiz daşınmanı da həyata keçirməyiblər. Onlar bunun əvəzində kəskin qiymət artımına gediblər. Belə olan halda, əlbəttə ki, taksilərə olan tələb də azalacaq. Çünki qiymət kəskin yüksəlirsə, onların müştərilərini itirməyi istisna edilmir”, – müsahibimiz fikirlərini bölüşüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR