Slimfit
  1. CƏMİYYƏT

Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərin sərtləşdirilməsi son oxunuşda təsdiqlənib

Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərin sərtləşdirilməsi son oxunuşda təsdiqlənib
Sakura

Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərin sərtləşdirilməsi son oxunuşda təsdiqlənib

Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər sərtləşdirilir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, taksi sifarişi operatorları “Fərdi məlumatlar haqqında” qanunun 15-ci maddəsinin tələblərini nəzərə alıb, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatdan keçirməli olacaqlar.

Sənəddə deyilir ki, taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların real vaxt rejimində ötürülməsini təmin etməlidir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR