Slimfit
  1. İDMAN

Tahir Gözəl: 'Qarabağ'la, bu adı daşımağımızla fəxr edirəm'

Tahir Gözəl: 'Qarabağ'la, bu adı daşımağımızla fəxr edirəm'
Sakura

Tahir Gözəl: 'Qarabağ'la, bu adı daşımağımızla fəxr edirəm'

"Qarabağ barəsində fikir ifadə etmək həmişə çətindir. Bu ad hər zaman tarixin müəyyən dönəmlərində çətin, acılı məqamlarla üzləşib. Bu gün həmin ağır günlərdən biridir. Yaddaşımızı hər zaman yeniləməyə ehtiyac var".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl bu gün Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı futbolçularla keçirdiyi tədbirdə çıxış edərkən deyib.

T.Gözəl bildirib ki, 28 il bundan qabaq bəşər tarixinin ən önəmli faciələrindən biri yaşanıb. O, Xocalıda 613 günahsız insanın qətlə yetirildiyini söyləyib: "Nə qədər uşaq valideynsiz qalıb. Cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəsinə qətliam törədilib. Bu gün o şəhidləri ehtiramla yad edirik. Ailələrinin, xalqın acılarını paylaşırıq. Təsəvvür edin, 100 ailə təmamilə məhv olub. Bu səbəbdən "Qarabağ" futbol klubu fərqli missiya daşıyır".

Vitse-prezident "Qarabağ"ın məqsədinin Xocalı faciəsini, qətliamını, Qarabağın işğalını bütün dünyaya çatdırmaqda vasitəçilik etmək olduğunu bildirib: "Tam səmimi deyirəm, əsas məqsədimiz budur. Bizim məqsədimiz klubun adına xidmət etməkdir. "Qarabağ" üçün mənəviyyat hər şeydən daha önəmlidir. Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm. Düşünürəm ki, biz birliyimizlə, cəsarətimizlə, uğurlarımızla, mənəviyyatımızla bu adı daşımağa layiqik. Biz Qarabağ naminə olan məsuliyyətimizi dərk edirik. Başda klubun prezidenti Abdulbari Goozalın baxışlarıyla bütünləşən fəlsəfəmizlə qürur duyuruq. Bir daha qeyd edirəm ki, Xocalı faciəsi nəinki Azərbaycanın, eyni zamanda bütün bəşəriyyətin faciəsidir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR