Taekvondo üzrə ölkə çempionatının 2-ci günü başlayıb
Dekabrın 28-də Azərbaycan Boks Federasiyasının idman zalında böyüklər arasında taekvondo üzrə respublika çempionatının 2-ci gününə start verilib. SİA xəbər verir ki, yarışın sonuncu günündə kişilər arasında 58, 68 və 74, qadınların mübarizəsində 53 və 73 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnirdə paytaxtda və bölgələrdə fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının 2001-ci il təvəllüdlü və daha böyük yaş qruplarının idmançıları mübarizə aparırlar.Yüzədək taekvondoçunun iştirak etdiyi çempionatda şəxsi və komanda hesabında qaliblər müəyyənləşəcək.Yarışın məqsədi Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, böyüklər arasında kişilər və qadınlar üzrə yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, idmançıların təcrübəsinin və ustalığının artırılmasıdır.Çempionatın şəxsi birincilik yarışında fəxri yerləri tutmuş idmançılara müvafiq dərəcəli diplom və medallar, komanda birinciliyində fəxri yer tutmuş klublara isə kuboklar təqdim olunacaq.DAEDO beynəlxalq taekvondo qaydaları üzrə keçirilən yarışlarda “videotəkrar” sistemi tətbiq edilir.
Mənbə : Sesqazeti.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət