Slimfit
  1. DÜNYA

Tacikistanda uzun saqqal və çadra yasağı

Tacikistanda uzun saqqal və çadra yasağı
Sakura

Tacikistanda uzun saqqal və çadra yasağı

Məktəbli qızların burunlarına sırğa və digər bəzək əşyalarını taxması tamamilə yasaq edilib.

Ölkənin parlamentində, eləcə də vətəndaş cəmiyyəti instutularında son günlər ən çox müzakirə mövzusu əhalinin tədricən uzun saqqal saxlamaq və paranca(bürüncək), çadra və digər keçmiş ənənələrə bağlı görünüşlərin ləğv edilməsi məsələsidir. Belə ki, Tacikstanda müasirlik adına qadınların qısa geyimlərdə olması və gənclərin yerli ənənələrə uyğun olmayan üsluba meyil etməsi barəsində hətta maarifçilik məqsədilə toplantılar keçirilir.

Bunun əsas səbəbi kimi qeyd olunur ki, ölkəni orta əsrlərin girovuna və ya Qərbdə indi dəbdə olan bəzi geyimlərin yerli milli ənənələrə uyğun olmadığı bildirilir. Bəs o zaman cəmiyyətdə hansı geyim tərzlərinə üstünlük verilməlidir?

Qara örpəklər ölkəsindən necə qurtulmalı?

Tacikstan hökuməti ölkədə qadınların hicabla dövlət qurumlarına daxil olması, rəsmi sənədlər üçün başı örtülü şəkil çəkdirməsi, “satr”la (şəriət qaydalarına əsasən başa qara örtülü örpək) rəsmi idarələrə daxil olmalarının qarşısının alınması üçün müvafiq qanun layihəsi hazırlanır. Ölkə parlamentinin 2017-ci ildə qəbul etdiyi qanuna əsasən, qadınlar hicabla dövlətə məxsus nikah idarələrinə daxil ola bilməzlər. Bundan əlavə, kəbinkəsmə idarəsində evlənənlər dörd ədəd maşından çox iştirakı qadağan olunub. Əhalinin dindar kəsimi bu qanunla razı olmasa da, etiraz aksiyalarını keçirməyi vacib bilmirlər. Bununla yanaşı, uşaq bağçaları və orta məktəblərdə qızların başörtüsü ancaq yerli milli ənənələr əsasında ola bilər. Şəriət qanunları əsasında baş örtükləri tamamilə yasaqdır. İş yerlərində hicabla çalışmaq artıq qanunsuz sayılır. İşə gələndə və ya işdən sonra vətəndaş istədiyi kimi başını örtmək hüququna malikdir.

Qatı dindar qadınlar isə belə bir durumdan şikayətçidirlər. Onlar bildirirlər ki, ali təhsil alıblar, ancaq iş tapa bilmirlər. Çünki, hicabla özəl sektorda və ya rəsmi idarələrində işləmək dolayı yolla yasaqdır. Hətta yerli polis orqanları xüsusi reydlər keçirərək şübhəli qadınların ifrat dərəcədə hicablı olmalarına mane olurlar. Belə halları daha çox bazarlarda müşahidə etmək olar. Hətta orta əsrlərin qanunları əsasında çadra geyinmiş qadınlar qanunla polis tərəfindən min somon (150 manat) həcmində cərimə oluna bilər. Baş örtüyünə görə sadəcə qadınlar deyil, həm də uzun saqqal saxlayan kişilərin aqibəti ürəkaçan deyil. Son illər kişilər arasında uzunsaqqallıların sayı daha da artmışdır. Ölkə prezidenti İmaməli Rəhman bu məsələdə fikirlərini belə bölüşüb: “Allah qarşısında ibadət etmək, ona sədaqətini nümayiş etdirmək, din və imana görə uzun saqqal saxlamağa ehtiyac yoxdur. İmanın ürəkdə olmalıdır. Saqqal dinin rəmzi ola bilməz”.

Respublikanın daxili işlər nazirliyinin 2016-cı ilin yanvar ayına olan hesabatında qeyd olunur ki, 2015-ci ildə Xatlon vilayətində 13 mindən çox uzunsaqqalı vətəndaşların saqqalları məcburi şəkildə qırxılıb. Uzunsaqqallıların nəzarətində olan və sadəcə çadra, paranca və hicab ticarəti ilə məşğul olan 162 ticarət şəbəkəsi qapadılıbdır. Bu vilayətin Dusti rayon icra hakimiyyətinin qərarı çox maraqlı qarşılanıb. Qərarda bildirilir ki, kişilərin saqqalı üç santimetrdən çox olmamalıdır. Məscidlərdə imam xətib statusu ilə rəhbərlik edən din xadimləri də bu qanuna əməl etməlidirlər. Dinə iman saqqal ilə deyil, imanla ölçülməlidir.

Ölkədə təbii olaraq, bir çox dindarlar saqqal saxlamaq, parəncə, çadra və hicab örtmək məsələsi ilə bağlı hökumətin sərt tədbirlərini qəbul etmirlər. Onların fikrincə, bu, insan haqlarının pozulması deməkdir. Hakimiyyəti təmsil edənlər isə bildirirlər ki, gigiyenik baxımdan bütün bunlar zəruri məsələdir. Yeməkxanada, iş yerlərində insanın təmizliyi onun nə saqqalı, nə də hicabı ilə ölçülməməlidir. Beləliklə hicab-saqqal tərəfdarları ilə əleyhdarları arasında mübahisələr hələ də davam edir.

Suriya təcrübəsi və problemlərin çözüm yolu

Hakimiyyət rəsmiləri açıq şəkildə bildirirlər ki, 1992-1997-ci illərdə Tacikistan uzun vədəli vətəndaş müharibəsindən keçib. Faktiki olaraq bu müharibəni radiakl dindarlarla aparılıb. Onların əsas tələbləri Tacikstanın şəriət qanunları ilə idarə olunması idi. Bununla yanaşı, dini qruplaşmalar mafioz şəbəkələrə çevrilmişdilər. Onlar qonşu İran və Əfqanıstandan narkotik maddələr idxalına nəzarət edirdilər. Bununla yanaşı, həm də özlərinə şəriət qanunları adı altında imtiyazlar əldə etməyi hədəf seçmişdilər. Bu gün həmin qruplaşmalardan heç biri istədiyi kimi hərəkət edə bilmir.

2003-ci ildən İraq, Suriya və digər Yaxın Şərq ölkələrindəki radikal dini qruplaşmalarda iştirak edənlərin sırasında Tacikstan vətəndaşı olanların sayları min nəfərdən çox olub. Respublikanın daxili işlər naziri Ramazan Rəhimzadə bildirib ki, radikal dini siyasətin tərəfdarı olanlar sadəcə saqqal deyil, həm də hicab örtənlərdirlər. Onların Suriyada dinc insanların başlarını “uf” demədən kəsdiklərini bütün dünya seyr edib. İndi bizə bu kimi şəxslərin əxlaq və şəriət dərsi keçmələrinə lüzum görmürük. Sözdə dindən və şəriət ehkamlarından daha çox danışanların əksəriyyətini sonradan radikal islamçı kimi hərəkət edərək ancaq terrora üz tutduqlarını çox görmüşük.

Ölkənin hüquq-mühafizə orqanları ilə yanaşı, geyim məsələsində mədəniyyət nazirliyinin əməkdaşları və bu sahənin peşəkar mütəxəssisləri bir araya gələrək sadəcə dini deyil, həm də süni şəkildə avropalaşanlar üçün geyimlə bağlı təkliflərini irəli sürüblər. Hətta bu barədə geyim modalarının nümayişi ilə bağlı tədbirlər keçirilib. Bu, milli ənənələr və yerli geyim mədəniyyəti standartlarının ictimai xarakter daşımasından ibarətdir. Orta məktəblər üçün qısa geyimlərin əvəzində hansı xoşagələn geyimlərin olması ilə bağlı bir sıra müsabiqələr keçirilib. Məktəbli qızların burunlarına sırğa və digər bəzək əşyalarını taxması tamamilə yasaq edilibdir. Məktəbli oğlanlara uzun dırnaq saxlamaq, qulaqlarına sırğa taxmaq qadağan olunub. Orta məktəblərdə xarici ölkələrin reklamını xatırladan idman geyimləri yasaq sayılır. Məktəblilər üçün yerli ənənələrə görə başlarında araxçın geymək məsləhət bilinir.

 

Mənbə: Aznews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR