Dərc edildi: Baxış sayı: 460
Tacikistan Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb
Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-11-də Azərbaycana rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə "Radio Ozodi" Tacikistan dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verib.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra yeni sənədlərin imzalanması planlaşdırılır.
Tacikistan Prezidentinin Azərbaycanın Baş naziri və parlament sədri ilə görüşlər keçirəcəyi də gözlənilir.
Qeyd edək ki, Tacikistan və Azərbaycan arasında hüquqi bazaya ticarət, iqtisadiyyat, bank, vergi, mədəniyyət və investisiya sahələrində 30-dan çox əməkdaşlıq sazişi daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət