Slimfit
  1. DÜNYA

“Tac Mahal”da cümə namazı qadağan olundu

“Tac Mahal”da cümə namazı qadağan olundu
Sakura

“Tac Mahal”da cümə namazı qadağan olundu

Hindistanın Aqra şəhərində yerləşən “Tac Mahal”da cümə namazı qılınmasına qadağa qoyulub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qadağa yalnız Aqra şəhərinin yerli sakinlərinə şamil olunmayacaq.

Dünyanın yeddi möcüzəsindən biri hesab olunan bu möhtəşəm abidəni ziyarətə gələnlərin sayının çox olduğunu nəzərə alan Aqra şəhər rəhbərliyi belə bir qərar verib. Qərarda bildirilir ki, dünyanın yeddi möcüzəsindən biri olan bu abidəni qorumaq üçün kənardan gələn müsəlmanlar üçün burada cümə namazını qılmaq qadağan edilib. Şəhərin qonaqları üçün isə fərqli məscidlərdə namaz qılmaq məsləhət görülüb: “Aqaada bir çox məscid var. Namaz qılmaq istəyənlər orada ibadət edə bilər”.

Sözügedən məsciddə cümə namazı qılmaq istəyən şəxlər Aqra şəhərində yaşadığını sübut edən sənəd göstərməklə buna nail ola biləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR